Qiorqi Amilaxvari - Əminəm ki, 2024-cü ildə biz bir sıra mühüm təşəbbüsləri həyata keçirəcəyik və uşaqlarımız üçün öz potensiallarını tam şəkildə üzə çıxarmaq imkanı əldə edəcəkləri daha yaxşı mühit yaradacağıq
Qiorqi Amilaxvari - Əminəm ki, 2024-cü ildə biz bir sıra mühüm təşəbbüsləri həyata keçirəcəyik və uşaqlarımız üçün öz potensiallarını tam şəkildə üzə çıxarmaq imkanı əldə edəcəkləri daha yaxşı mühit yaradacağıq

 

Gürcüstanın təhsil və elm naziri Qiorqi Amilaxvari təhsil sahəsinin nümayəndələrini və bütün ictimaiyyəti Yeni il münasibətilə təbrik edir.

“Yeni 2024-cü il münasibətilə təbrik edirəm! Mən xüsusilə təhsil sahəsinin nümayəndələrini, şagirdləri, onların valideynlərini, müəllimləri, məktəb rəhbərlərini, tələbələri, professorları, alimləri təbrik etmək istəyirəm.

2023-cü il ölkəmiz üçün həqiqətən də əlamətdar il oldu. Bizim çoxlu uğurlarımız oldu və ən əsası, tarixi hadisənin şahidi olduq – Gürcüstan Aİ üzvlüyünə namizəd ölkə statusu aldı.

Gürcüstanın daha yaxşı gələcəyinin qayğısına qalmağa və ölkənin mənafeyi naminə mühüm addımlar atmağa aktiv şəkildə davam edirik. Bildiyiniz kimi, Gürcüstan hökumətinin əsas prioritetlərindən biri təhsildir, çünki biz hesab edirik ki, güclü Avropa ölkəsinin qurulması üçün möhkəm zəmin yaradan məhz savadlı nəsildir.

Gürcüstanın yeni baxışlara, innovativ ideyalara ehtiyac duyur- bunun üçün lazım olan enerji və istək isə gənclərimizdədir. Əminəm ki, 2024-cü ildə biz bir sıra mühüm təşəbbüsləri həyata keçirəcəyik və uşaqlarımız üçün öz potensiallarını tam şəkildə üzə çıxarmaq imkanı əldə edəcəkləri daha yaxşı mühit yaradacağıq

Hamınızı bir daha təbrik edir, bütün qəlbimlə sizə sülh, cansağlığı və firavanlıq arzulayıram. İnanıram ki, 2024-cü il sizin hər biriniz və bütün Gürcüstan üçün inkişaf, uğur və qələbə ili olacaq!”-deyə Qiorqi Amilaxvarinin yeni il təbrikində deyilir.