Qiqi Uqulava müxalifət partiyalarının "Milli Hərəkat"-ın çətiri altında birləşməsi təşəbbüsü ilə çıxış edir
Qiqi Uqulava “Milli Hərəkat”-ı rəqabət aparan müxalifət partiyalarını birləşdirəcək “çətir partiya”-ya çevirmək təşəbbüsü ilə çıxış edir. Uqulava bu barədə “TV Pirveli” efirində açıqlama verib.
Onun sözlərinə görə, “Milli Hərəkat” milli hərəkat xəttinin mirası olan ideyadır və hazırkı gündə sovet qalığı – “Gürcü Arzusu”-na qarşı mübarizə aparır.
“Bundan irəli gələrək,o böyük bir partiyadır, “çətir partiyası”-dır. Bu məsələn, bir-biri ilə rəqabət aparan çoxlu fraksiyaların olduğu və bu rəqabətin açıq olduğu Amerikada istifadə olunan termindir. Bu islahat “Milli Hərəkat”-a daha çox seçici və daha çox siyasi fəal, Sovet İttifaqını həqiqətən keçmişdə qoymaq istəyən insanlar qazandıracaq”-deyə – Qiqi Uqulava bildirib.
Onun sözlərinə görə, təkcə “Milli Hərəkat”-ın mübarizəsi kifayət deyil.
“Eynilə “Lelo”, Qaxarianın partiyası və digər partiyalar mövcuddurlar. İndi siyasi liderlərin və partiyaların bir-biri ilə ortaq yollar tapması və daha böyük koalisiya yaratmalarının vaxtıdır. “Lelo”, Qaxariya, eynilə Marqvelaşvili, Kvirikaşvili, Alasania, Bakradze və başqaları –böyük siyasi təcrübəsi , maliyyə resursları olan bu cür birlik təsəvvür edin.
“Milli Hərəkat” bir çox siyasətçilərin və ya siyasi qrupların bu gəmiyə minəcəyi, gündəmi uğrunda mübarizə aparacağı, lakin kimliyini qoruya bilməyəcəyi “çətir partiyası”-na çevrilməlidir. Bunu etmək lazımdır və mənim gördüyüm kimi, Nika Melia bunu edir. Görüləsi daha çox işlər var. Siyasi tərtibçi olmalıdır. Bu genişlənmə ilə bağlı müzakirələr aparılmalıdır”-deyə Qiqi Uqulava bildirib.