Qiqa Kobaladze - Müəllif Hüquqları Assosiasiyasında heç bir maliyyə pozuntusu yoxdur
Qiqa Kobaladze - Müəllif Hüquqları Assosiasiyasında heç bir maliyyə pozuntusu yoxdur

 
Bu, son illər bizə qarşı aparılan çirkin kampaniyanın davamı və bir növ taclandırılmasıdır-bu haqda Gürcüstanın Müəllif Hüquqları Assosiasiyasının sədri Qiqa Kobaladze Gürcüstanın Birinci Kanalına açıqlayıb.

Qiqa Kobaladzenin qeyd etdiyi kimi, assosiasiyada aparılan istintaq hərəkətləri çərçivəsində sənədlər götürülüb.

“Rusiya Gürcüstanda müəlliflik hüququ sahəsini ələ keçirməyə artıq müvəffəq olub, indi bununla kifayətlənməyir və sahəni tam təmizləmək istəyir, bu səbəbdən çirkin cəfəngiyyatlar uydurdular, guya hansısa maliyyə pozuntusu. Bunlar uydurma iddialardır. Hamınızdan xahiş etmək istərdim ki, vurğunu yanlış istiqamətə çevirməyin. Bu, bizi birdəfəlik bu sahədən uzaqlaşdırmaq üçün yalnız və yalnız qəsdən edilir. Mən hər şeyə hazıram, bilmirəm, hələ proqnozlaşdırmağa başlaya bilmərəm, amma təbii ki, biz hesab edirik ki, Rusiya gürcü mədəniyyətinə sahib olmamalıdır. İndi bu sahədə baş verənlər Gürcüstanda baş verə bilməz”- Kobaladze açıqlayıb.

O, heç bir maliyyə pozuntusunun olmadığını bildirib.

“Məni ifadəmi almaq üçün bazar ertəsi günü üçün çağırdılar, təbii ki, onların verdiyi suallara cavab verəcəm” – Kobaladze açıqlayıb.

Bununla yanaşı, Maliyyə Nazirliyinin İstintaq Xidməti, qurumun İstintaq İdarəsində Gürcüstanın Müəllif Hüquqları Assosiasiyasının sədri tərəfindən müəllif-ifaçılara məxsus külli miqdarda vəsaitin mümkün mənimsənilməsi faktı ilə bağlı istintaq aparıldığına dair məlumat yayıb.