Qiqa Bokeria - Qiqi Uqulavanın absurd fikrini ciddi qəbul edə bilmərik
Qiqa Bokeria - Qiqi Uqulavanın absurd fikrini ciddi qəbul edə bilmərik

 

“Avropalı Gürcüstan” partiyasının lideri Qiqa Bokeriya Qiqi Uqulavanın müxalifət partiyalarının “Milli Hərəkat” çətiri altında birləşməli olduğu təşəbbüsünü absurd adlandırıb.

Bokeriyanın sözlərinə görə, “Avropalı Gürcüstan” bu fikri ciddi qəbul edə bilməz.

“Siyasi birlik dəyərlərə və baxışlara əsaslanmalıdır. İstənilən növ başqa birlik ya uğursuzluğa məhkumdur, ya da ölkəyə uğursuzluq və fəlakət gətirəcək, bunun bariz nümunəsi “Gürcü Arzusu”-dur. Buna görə də biz – “Avropalı Gürcüstan” bu fikri heç ciddi qəbul etmirik. Biz bu absurd fikri ciddi qəbul edə bilmərik” -deyə Qiqa Bokeria bildirib.