Qiqa Bokeria - insanları yalnız fanatizm və ya karyera arzusu birləşdirəndə, bu, həmişə mənəvi tənəzzüllə başa çatır, bu, müxtəlif dozalarda "Milli Hərəkat"da fəal olan bütün qruplara aiddir
İnsanları siyasi baxışlar və dəyərlər əvəzinə yalnız fanatizm və ya yalnız siyasi karyera qurmaq arzusu birləşdirəndə bu, həmişə mənəvi tənəzzül və siyasi böhranla başa çatır-bu barədə “Avropalı Gürcüstan”ın sədri Qiqa Bokeria bildirib.
Bokeria bunun, müxtəlif dozalarda “Milli Hərəkat”da fəallıq göstərən bütün qruplara aid olduğunu bildirib.
“Heç bir təfərrüat barədə danışa bilmərəm, çünki ictimaiyyətin bildiyi detaldan daha çox məlumatım yoxdur. Onsuz da bunu zəruri görmürəm. Ən böyük müxalifət partiyası kimi “Milli Hərəkat”ın addımları bəzən bütün müxalifətlə əlaqələndirilir. “Milli Hərəkat”ın atdığı addımlarla bağlı küçədə bəzən ədalətli, bəzən isə tamamilə ədalətsiz iradlar eşitmişəm, onların atdığı qeyri- ardıcıl, prinsipsiz addımlara görə hamının üzərinə məsuliyyət düşür.
Orada baş verənlər təkcə onların məsələsi deyil və bu barədə danışmaq qanunidir, lakin təfərrüatlar haqqında deyil. Ümumiyyətlə, illərdir əsas problem ondan ibarətdir ki, insanları siyasi baxışlar və dəyərlər əvəzinə yalnız fanatizm və ya yalnız siyasi karyera qurmaq arzusu birləşdirəndə bu, həmişə mənəvi tənəzzül və siyasi böhranla başa çatır. Bu, müxtəlif dərəcədə “Milli Hərəkat”da fəallıq göstərən bütün qruplara aiddir. Hazırda bu barədə əlavə şərh verməyə ehtiyac olmadığını düşünürəm” -deyə Qiqa Bokeria bildirib.