Qia Xurtsidze - Mixeil Saakaşvili ilə münasibətdə burada diaqnoz qoya bilmədiyimiz sindromla qarşı-qarşıyayıq, bizdə alınmır, Gürcüstanda edilə biləcək hər şey edilib
Qia Xurtsidze - Mixeil Saakaşvili ilə münasibətdə burada diaqnoz qoya bilmədiyimiz sindromla qarşı-qarşıyayıq, bizdə alınmır, Gürcüstanda edilə biləcək hər şey edilib

 

İndiyədək pasiyent Mixeil Saakaşvilinin arıqlamasının ləng getməsi, indi isə fəlakətli şəkildə çəkisinin azalması bizi qorxudur, bu olduqca narahat edicidir-bu barədə Xalq Müdafiəçisi tərəfindən yaradılmış Konsoliumun üzvü Qia Xurtsidze açıqlayıb.

Həkim Mixeil Saakaşvilinin səhhətinin geri dönməz prosesə doğru getdiyini bildirir.

“Çəki itirilməsinə neyropatiyanın pisləşməsi, sinirlərin zədələnməsi, qızdırma əlavə olunur. Burada diaqnoz qoya bilmədiyimiz sindromla qarşı-qarşıyayıq, bizdə alınmır. Gürcüstanda edilə biləcək hər şey edilib. Bundan artıq nəyin edilməli olduğunu təsəvvür edə bilmirəm. Bu arada, geri dönməz dəyişiklik üçün pasiyentin iki-üç ay vaxtı var” -deyə Qia Xurtsidze açıqlayıb.