Qia Volski - Saakaşvili mövzusunda ilk növbədə səhiyyə eksperti danışmalıdır, hüquqi qiyməti Fotiqa, Leksman və ya hər hansı başqa şəxs yox məhkəmə verməlidir
Saakaşvili mövzusunda ilk növbədə səhiyyə eksperti danışmalıdır, hüquqi qiyməti Fotiqa, Leksman və ya istənilən şəxs, istərsə də avropalı parlamentari yox məhkəmə verməlidir-bu barədə parlamentin vitse-spikeri Qia Volski açıqlayıb.
O bildirib ki, Saakaşvili məsələsini Avropaya inteqrasiya mövzusu ilə əlaqələndirmək olmaz.
“Avropalı parlamentarilərin bəyanatları bir qədər qərəzlidir, xüsusən də kifayət qədər ciddi miqyas ala biləcək korrupsiya ilə bağlı bu qalmaqaldan sonra. Söhbət konkret ölkədən pul müqabilində müəyyən qərarlara təsir etməkdən gedir ki, bu da Avropa Parlamentinin nüfuzuna böyük zərbə vurub.
Bu dəfə Fotiqanın açıqlamasını nəzərdə tuturam, bu, siyasi baxımdan qərəzli olan yeganə bəyanat deyil. Mixeil Saakaşvilinin mövzusu, onun fiquru, məhkəmə prosesi ilə bağlı mövzular radikal müxalifət nümayəndələrinin və tərəfdarlarının rəhbər tutduğu mühüm amillərdəndir. Bu, müəyyən bir məqsəd üçün səfərbər edilmiş bir komandadır. Saakaşvili ilə bağlı istənilən bəyanatdan əvvəl konkret siyasi şəraitdə danışıqlar aparılır. Onun amilindən mübarizədə necə istifadə etmək olar? Saakaşvili mövzusunda ilk növbədə səhiyyə eksperti danışmalıdır, hüquqi qiyməti Fotiqa, Leksman və ya istənilən şəxs, istərsə də avropalı parlamentari yox məhkəmə verməlidir. Bu məsələni Avropaya inteqrasiya mövzusu ilə əlaqələndirmək olmaz. Saakaşvili günahkardır, o, cinayətlər törədib və təkcə bu gün məhkəmədə müzakirə olunanları deyil” -deyə Qia Volski açıqlayıb.