Qia Volski - Qaxaria heç bir səbəb olmadan öz ölkəsinə və hüquq sisteminə qarşı çıxdı
Parlament sədrinin birinci müavini Qia Volski “Gürcüstan Naminə” partiyasının lideri Qiorqi Qaxarianın Bidzina İvanişviliyə debat təklifinə münasibət bildirib.
Qia Volski, Qaxarianın baş nazir postunda olarkən inqilabi ssenarini həyata keçirmək üçün ölkəyə və hüquq sisteminə qarşı çıxdığını bildirib.
“Qiorqi Qaxaria heç bir səbəb olmadan öz ölkəsinə və hüquq sisteminə qarşı çıxdı. Saakaşvilinin gəlişi və onun iştirakı ilə inqilabi proses hazırlanırdı. Melia hüquq-mühafizə orqanları ilə fiziki qarşıdurmaya girmək üçün kritik kütlə toplamaq məqsədilə platforma hazırlayırdı və bu, bir neçə gün çəkəcəkdi. Qaxaria bu hazırlıq üçün bir neçə gün tələb etdi və hər şey “Milli Hərəkat”ın ssenarisində yazıldığı kimi oldu”-Qiorqi Volski açıqlayıb.