Qia Volski - paralel proses konstitusiya formatından çıxıb, əgər kiməsə yönəlik etimadsızlıq ifadə etmək mümkündürsə, bu, radikal müxalifətdir
Qia Volski - paralel proses konstitusiya formatından çıxıb, əgər kiməsə yönəlik etimadsızlıq ifadə etmək mümkündürsə, bu, radikal müxalifətdir

 
Müxalifət tərəfindən aparılan paralel proses konstitusiya formatından çıxıb-bu barədə parlamentin birinci vitse-spikeri Qia Volski bildirib.

O, radikal müxalifətin Avropa İttifaqının rekomendasiyaları ilə bağlı parlament formatlarında işləməkdən imtina edəcəyinin gözlənilən olduğunu bildirib.

“Müxalifət tərəfindən aparılan paralel proses konstitusiya formatından çıxıb və özü-özünü xarakterizə edir. Əgər kiməsə yönəlik etimadsızlıq ifadə etmək mümkündürsə, bu radikallaşmanı, destabilizasiyanı, inqilabi prosesləri inkişaf etdirməyə mütəmadi olaraq cəhd göstərən radikal müxalifətdir. Bu insanlar bu formatdan çıxa bilmədilər, paralel proseslər də məhz bunun göstəricisidir. Bu insanların inqilabı inkişaf etdirə bilmədiklərindən irəli gələrək, konstitusiya formatlarında iştirak etmələri geriyə atılmış addım olacaqdı. Radikal müxalifətin inqilab adlı strateji planı basdırıldı. Və bu basdırılmadan sonra onların parlament formatında işləməkdən imtina edəcəyi gözlənilirdi. Bu, qütbləşmə, qarşıdurma rejimini qorumaq cəhdidir” -deyə Qia Volski bildirib.

Məlumat üçün bildirək ki, “Quruculuq Strategiyası” bu gündən etibarən digər müxalifət partiyaları ilə birlikdə Avropa İttifaqının rekomendasiyaları ilə bağlı işçi qruplarının görüşlərinə başlayır.