Qia Volski – Məhkum sağalanda onu cəzaçəkmə müəssisəsinə keçirmək lazımdır, qanun icra olunub, başqa cavabım yoxdur

12:11, 30.12.2021

Məhkum sağaldıqdan sonra o, cəzaçəkmə müəssisəsinə köçürülməlidir. Qanun yerinə yetirilib, başqa cavabım yoxdur, – deyib Saakaşvilinin Rustavi cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı jurnalistin sualını cavablandıran parlamentin birinci vitse-spikeri Qia Volski.

Onun sözlərinə görə, həbsxana ictimaiyyətində belə bir hiss olmamalıdır ki, hansısa məhbusa qarşı fərqli münasibət var.

“Penitensiar sistem üçün Saakaşvilinin sağlamlığının təhlükə altında olmaması son dərəcə vacibdir. Fakt budur ki, qanun icra edilməlidir. Digər mühüm məsələ isə odur ki, xüsusən də Yeni il qabağı məhbus ictimaiyyətində belə bir hiss yaranmamalıdır ki, ədalətsizliyə yol verilə bilər, hansısa bir ayrı-seçkilik əsasında hansısa məhbusla fərqli davranılmalıdır. Qanunun pozulduğunu düşünmürəm. Məhkum sağaldıqdan sonra onu cəzaçəkmə müəssisəsinə köçürmək lazımdır. Qanun icra olunub, başqa cavabım yoxdur. 2014-cü ildə Saakaşvili Ukrayna vətəndaşı olduqdan sonra ölkədə sabitliyi pozmağa bir gün belə sərf olunmayıb. Onun gəlişi inqilabi ssenarinin hazırlanması ideyası, düşüncəsi və strategiyası ilə bağlı idi”, – Qia Volski deyib.

Oxşar