Qia Volski - qeydlərlə çox uzun müddətdir dediklərimiz təsdiqlənir, ictimaiyyətin müvafiq nəticələr çıxarması üçün kifayətdir
Qia Volski - qeydlərlə çox uzun müddətdir dediklərimiz təsdiqlənir, ictimaiyyətin müvafiq nəticələr çıxarması üçün kifayətdir

 
Qeydlərlə çox uzun müddətdir dediklərimiz təsdiqlənir, mən bilmirəm bu qeydlər tam təqdim olunub ya yox, təhlükəsizlik xidmətində başqa hansı materiallar var, amma artıq burda iki fikir yoxdur- bu barədə parlamentin vitse-spikeri Qia Volski DTX-nin yaydığı qeydlərlə bağlı bildirib.

Volskinin təbirincə, söhbət dünyanın müəyyən yerlərində tətbiq edilən üsullarla destabilizasiyadan gedir.

“Gənclərin buna qurban getməsindən söhbət gedir. Uzatmadan deyilir ki, tələbələr itirəcək heç nəyi olmayan qüvvədir, onlar nümayişə çıxa bilərlər və məhz gənclik enerjisi iğtişaşlarda istifadə edilməlidir. Bu təlimat tanımadığımız insanlar üçün edilmir. Onlar müəyyən bir cəmiyyəti, sabitliyin pozulmasının inkişafının başında durmalı olan insanları toplayıblar. Hər şey məlumdur, əgər onların bununla bağlı əlavə məlumatı varsa, qulaq asılasıdır, hərçənd zənnimcə cəmiyyətin müvafiq nəticə çıxarması üçün artıq kifayətdir” – deyə Volski açıqlayıb.