Qia Volski - depolarizasiya ilə əlaqədar danışıqlar baş tuta bilməz, çünki radikal müxalifət depolarizasiyanı başqa cür anlayır, bizim anlayışımız başqadır
Qia Volski - depolarizasiya ilə əlaqədar danışıqlar baş tuta bilməz, çünki radikal müxalifət depolarizasiyanı başqa cür anlayır, bizim anlayışımız başqadır

 

Depolarizasiya ilə əlaqədar danışıqlar baş tuta bilməz, çünki radikal müxalifət depolarizasiyanı başqa cür anlayır, bizim anlayışımız başqadır -bu barədə Gürcüstan parlamentinin vitse-spikeri Qia Volski bildirib.

Qia Volski inqilabın baş vermədiyini, sabitliyi pozma strategiyasının özünü doğrultmadığını, cəmiyyətin nəyin düşünüldüyünü, zahirdə nəyin olduğunu məntiqi olaraq qiymətləndirdiyini bildirib.

“Radikal müxalifətin əməkdaşlıq üçün istəyi yoxdur. Depolarizasiya ilə əlaqədar danışıqlar baş tuta bilməz, çünki radikal müxalifət depolarizasiyanı başqa cür anlayır, bizim anlayışımız başqadır. Baş nazirin əməkdaşlıqla bağlı bəyanatını dəstəkləməli olduğumuz düşüncəsindəyəm, lakin yenə də sabitliyi qorumağa çalışmaq üçün hərəkət etməliyik”-deyə Volski bildirib.