Qia Volski-Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edilməsi üçün heç bir ilkin şərt yoxdur
Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edilməsi üçün heç bir ilkin şərt yoxdur və nə yaxın zamanlarda, nə də uzaq və orta müddətli perspektivdə belə bir sevinc yaşayamayacaqsınız -bu barədə parlamentin birinci vitse-spikeri Qia Volski bildirib.
Onun sözlərinə görə, Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edilməsi planlaşdırılmır.
“Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edilməsi planlaşdırılmır, çünki bunun üçün heç bir əsas yoxdur. Prezident Zelenski yanında Yermak və Makfolun həmsədrliyi ilə qrup yaradılmasının ardınca Amerika Konqresindən ümumiyyətlə Yermakın “FSB”yə işləyə biləcəyinə dair bəyanat yayıldı. Konqresdə Ukrayna məsələləri üzrə işçi qrupuna rəhbərlik edən konqresmenin niyə belə dediyinə dair heç kimdə sual yaranmadı. Radikal müxalifət onu sevindirəcək şəkildə məlumat yayır və yaratdığı nağıllara uyğun vəziyyət yaradır. Sonra bu hekayələr haqqında suallar uydurur və cavabları özü verir. Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq edilməsi üçün heç bir ilkin şərt yoxdur və nə yaxın zamanlarda, nə də uzaq və orta müddətli perspektivdə belə bir sevinc yaşayamayacaqsınız” – deyə Volski bildirib.