Qia Volski - Avrointeqrasiya ilə bağlı debatlar ictimaiyyət üçün mühüm informasiya sahəsi olacaq, partiyalar olaraq onlara öz mövqeyimizi bildirmək öhdəliyimiz var
Ölkəmiz siyasi partiyalara deyil, fikir ayrılıqlarının ola biləcəyi cəmiyyətə məxsusdur, lakin biz siyasi partiyalar olaraq onlara öz mövqeyimizi bildirmək öhdəliyimiz var və sonra kimi dəstəkləyəcəklərinə qərar versinlər-deyə parlament sədrinin birinci müavini Qia Volski bildirib.
Volski Avrointeqrasiya ilə bağlı planlaşdırılan parlament debatlarından danışarkən şərh verib və onun əhəmiyyətini vurğulayıb.
Qia Volskinin də qeyd etdiyi üzrə, məsələ ilə bağlı kimin mövqeyinin əsaslandırılmış olmasına ictimaiyyət qərar verəcək.
“Avropaya inteqrasiya yolunda, bütün mərhələlərdə – Assosiasiya üzvlüyündən başlamış, daha sonra sərbəst gediş-gəliş, azad ticarət rejimi və s. müxalifətin səyləri bu qərarların qəbul edilməməsinə yönəldilmişdi. Bunun yeganə məqsədi “Gürcü Arzusu” hakimiyyətinin Avropaya inteqrasiya yolunda uğur qazanmamasına xidmət edir. Parlamentdə bu mövzuda siyasi müzakirələrin keçirilməsi planlaşdırılır. Düşünürəm ki, bu, cəmiyyətimiz üçün mühüm informasiya sahəsi olacaq. Hər kəsə xatırladıram, ölkəmiz siyasi partiyalara deyil, fikir ayrılıqlarının ola biləcəyi cəmiyyətə məxsusdur, lakin biz siyasi partiyalar olaraq onlara öz mövqeyimizi bildirmək öhdəliyimiz var və sonra kimi dəstəkləyəcəklərinə qərar versinlər. Bu bizim təklifimizdir. İrakli Kobaxidze düşündüyümüzü dilə gətirdi. Əvvəl axır suallar ünvanlayaq və həmin suallara cavab verək. Bir-birimizdən təzim etməyi və ya baş əyməyi gözləməyək. Kimin mövqeyinin əsaslandırılmış olduğuna ictimaiyyət qərar versin”-deyə Qia Volski bildirib.
Məlumat üçün bildirək ki, sabah Gürcüstanın Avropa və Avroatlantik strukturlara inteqrasiyası ilə bağlı parlament debatları keçiriləcək.