Qia Tsaqareişvili - Gürcüstanın istənilən vətəndaşının sual vermək hüququ var, bu səbəbdən həm daxildən olanlar, həm da kənar insanlar bu cür sualların olacağına öyrəşməlidirlər
Qia Tsaqareişvili - Gürcüstanın istənilən vətəndaşının sual vermək hüququ var, bu səbəbdən həm daxildən olanlar, həm da kənar insanlar bu cür sualların olacağına öyrəşməlidirlər

 

Gürcüstanın istənilən vətəndaşının sual vermək hüququ var, bu səbəbdən həm daxildən olanlar, həm da kənar insanlar bu cür sualların olacağına öyrəşməlidirlər- bu barədə parlament əksəriyyətinin üzvü Qia Tsaqareişvili bildirib.

O, sualların qulaq asmaq üçün xoşagəlməz ola biləcəyini, lakin demokratik cəmiyyətdə buna öyrəşməli olduqlarını bildirir.

Tsaqareişvili jurnalistlərə , bunun gürcü-amerikan münasibətlərinə xələl gətirəcəyini düşünmədiyini bildirib.

“Rəqiblərimiz fərqinə varmasalar da, təhqirlə sual vermək arasında böyük fərq var . Gürcüstanın istənilən vətəndaşının sual vermək hüququ var, bu səbəbdən həm daxildən olanlar, həm da kənar insanlar bu sualların olacağına öyrəşməlidirlər. Ola bilsin bəziləri üçün bu sualları dinləmək elə də xoşagələn olmasın, lakin demokratik cəmiyyətdə buna öyrəşməliyik. Sizin bəzən mənə qəti suallar verdiyiniz kimi, biz də dost diplomatlara, dost ölkələrin nümayəndələrinə sual ünvanlaya bilərik. Əgər bu suallar təhqir kimi qəbul edilirsə, bu da pis əlamətdir, çünki bu, cəmiyyətin bir hissəsinin hələ oyanmadığına və azad, demokratik ölkədə istənilən insanın kimliyindən asılı olmayaraq istənilən şəxsə sual vermək hüququnun olduğuna öyrəşə bilməməsinə işarədir. Geridə qalanı isə siyasi zövq məsələsidir – bu kiminsə xoşuna gəlir, kiminsə yox. Bunun gürcü-amerikan münasibətlərinə xələl gətirəcəyini düşünmürəm. “Amiran ürəyində oxuyurdu” – düzgün deyil. Cəmiyyətin arxasından qapalı yerlərdə və kulislərdə danışmağa bəraət qazandırmıram. Cavab verilməsi gərəkən legitim suallar ünvanlanır. Cavab tələb etmək də legitimdir. Biz Gürcüstanın Ukrayna və Moldova ilə müqayisədə namizəd statusuna layiq olduğuna qəti şəkildə inanırıq, bunu dilə gətirməyək mi ? Əgər layiq idisə və status almamışıqsa, o zaman qul ruhu ilə başımızı əyərək, boynumuza daha ağrılı şəkildə vurmalarını mı deyək ? Siz hansı cəsarətlə əyilməli olduğumuzu deyirsiniz ?”-deyə Qia Tsaqareişvili bildirib.