Qia Tsaqareişvili - bir il əvvəl Avropa Məhkəməsi Saakaşvilini aclığı dayandırmağa çağırdı, o, dərhal reaksiya verdi, eyni çağırış indi də istisna edilmir
Qia Tsaqareişvili - bir il əvvəl Avropa Məhkəməsi Saakaşvilini aclığı dayandırmağa çağırdı, o, dərhal reaksiya verdi, eyni çağırış indi də istisna edilmir

 

Təxminən bir il əvvəl Avropa Məhkəməsi Saakaşvilini həbsxananın daxili qaydalarına əməl etməyə, aclığı dayandırmağa çağırdı və Saakaşvili buna dərhal reaksiya verərək aclığı dayandıracağını söylədi, birinci dəfə nə baş verdiyini nəzərə alarsaq indi də uzağa gedən rəylər verə bilmərik, Saakaşviliyə münasibətdə eyni çağırışın səsləndiriləcəyi istisna edilmir-bu barədə “Gürcü Arzusu”nun üzvü Q.Tsaqareişvili açıqlayıb.

O, hazırda həkimlərin onun həyatına təhlükə olmaması üçün mübarizə apardıqlarını deyib.

“Hazırda gördüyümüz yeganə şey onun həyatı və sağlamlığına təhlükə yaranmaması üçün fədakar mübarizədir. Ədliyyə Nazirliyi və “Vivamed” həkimlərinin ürəkdən və fədakar mübarizəsini görürük. Onun qazandığı hər kiloqramdan hamımız şad oluruq. Özünə zərər verməklə məşğul olan bu insan, indi məhz bu özünə zərər vermənin onu həbsdən və cəzadan azad edəcəyini düşünür. Məhkəmə müvafiq qərar çıxarıb və iş indi Strasburqa göndərilib. Həbsxanada olan hər bir məhbusun həyatını və sağlamlığını qorumaq dövlətin borcudur. Gürcü həbsxanalarında Saakaşvilidən başqa doqquz minə yaxın insan cəza çəkir və sistem faktiki olaraq onu dəstəklədiyi kimi qalan məhbusları da dəstəkləməlidir”-deyə Tsaqareişvili açıqlayıb.