Qəzzanın mərkəzində İsrail ordusunun zərbələri nəticəsində bir nəfər həlak olub, on beş nəfər isə xəsarət alıb
İsrail ordusunun Qəzzanın mərkəzində həyata keçirdiyi zərbələr nəticəsində bir nəfər həlak olub.
Bu barədə “The Times of Israel” qəzeti Fələstin media vasitələrinə istinadən yazır.
Medianın məlumatına görə, on beş nəfər xəsarət alıb, onlardan birinin vəziyyəti kritikdir.
İsrail Müdafiə Qüvvələri hələlik şərh verməyib.