Qəzzada İsrailin hücumu nəticəsində 90 nəfərin öldüyünü deyirlər
Qəzzada İsrailin hücumu nəticəsində 90 nəfərin öldüyünü deyirlər

İsrail Müdafiə Qüvvələrinin Qəzzaya təşkil etdiyi hücum nəticəsində 90 nəfər həlak olub. Bu barədə “BBC” Qəzza Mülki Müdafiə Agentliyinə istinadən xəbər verir.

Mətbuatın məlumatına görə, fələstinlilər məktəb binasında təşkil edilmiş sığınacaqda olub, hücum nəticəsində onlarla insan yaralanıb.

İsrail Müdafiə Qüvvələri bu məktəbin Həmas komandanlığı olduğunu iddia edir.

Qəzza Müdafiə Agentliyinin nümayəndəsi qeyd edir ki, hücum namaz zamanı baş verib.