Qəzzada İsrail ordusu tərəfindən məktəblərin bombalanması nəticəsində həlak olanların və yaralananların 80 faizinin uşaq olduğunu bildirirlər
Qəzzada İsrail ordusu tərəfindən məktəblərin bombalanması nəticəsində həlak olanların və yaralananların 80 faizinin uşaq olduğunu bildirirlər

 
İsrail ordusu tərəfindən Qəzza şəhərində məktəblərin bombalanması nəticəsində həlak olanların və yaralananların 80 faizi uşaqdır – bu haqda məlumatı “Al Jazeera” yerli mənbələrə istinadən yayır.

Yayılmış məlumata əsasən, İsrail ordusu Hasan Salama və Nasri məktəblərini bombalayıb. Ümumilikdə məktəb binalarına sığınan 30 məcburi köçkün həlak olub.

“Al Jazeera” yazır ki, bombardmandan sonra çox sayda insan dağıntılar altında qalıb.

İsrail hərbçiləri Xan Yunis şəhərinin cənub və cənub-şərq hissəsindən yeni təxliyə əmri veriblər.

Qəzza sektorunda İsrailin hərbi əməliyyatı nəticəsində azı 39 583 insan həlak olub və 91 398 nəfər yaralanıb.