Qəzza zolağında İsrail ordusunun atəşə tutması nəticəsində azı 32 nəfər həlak olub

11:47, 10.11.2024

Qəzza zolağında İsrail ordusunun atəşə tutması nəticəsində azı 32 nəfər həlak olub. Yerli mətbuatın məlumatına görə, Cəbəliyyə şəhərində yerli vaxtla səhər saat 6:00-da partlayış baş verib, bir ailənin bütün üzvləri həlak olub.

Şahidlərin sözlərinə görə, yerdə heç bir hərbi əməliyyat olmayıb və yalnız İsrailin pilotsuz təyyarələri və hərbi təyyarələri uçuşlar həyata keçirib. Yerli sakinlər evin heç bir xəbərdarlıq edilmədən bombalandığını deyirlər.

İsrail ordusunun Qəzza şəhərini atəşə tutması nəticəsində azı 5 nəfər həlak olub. İtkin düşənlərin axtarışları hələ də davam edir.

BMT-nin dəstəklədiyi “Qıtlığa Nəzarət Komitəsi” Qəzza zolağının şimalında qaçılmaz aclığın “güclü ehtimalı” barədə xəbərdarlıq edib.

Oxşar