Qəzza sektorunda İsrailin bombardmanları nəticəsində ötən gün ərzində yüzə yaxın insan həyatını itirib
Qəzza sektorunda İsrailin bombardmanları nəticəsində ötən gün ərzində yüzə yaxın insan həyatını itirib

 
Qəzza sektorunda İsrailin bombardmanları nəticəsində ötən gün ərzində 99 nəfər həyatını itirib.

Qəzza sektorunun Səhiyyə Xidməti tərəfindən yayılmış məlumata əsasən, aviasiya və artilleriya bombardmanı nəticəsində son 24 saat ərzində 169 nəfər xəsarət alıb.

Yerli informasiya mənbələrinə əsasən, Nuseirat qaçqın düşərgəsinə basqın edilib, həmçinin qaçqın düşərgəsindəki mağaza artilleriyadan atəşə tutulub.

Məlumat yayılır ki, Dier el-Balah şəhərində İsrail ordusunun helikopteri məktəb ərazisində məcburi köçkünlərin sığındığı çadıra atəş açıb.

Həmçinin, Qəzza şəhərində Şati qaçqın düşərgəsinin bombalanması haqda məlumat yayılır.