Qəzza sektorunda, qaçqın düşərgəsinə İsrail tərəfindən edilmiş hava hücumu nəticəsində azı 13 nəfər həlak olub
Qəzza sektorunda, qaçqın düşərgəsinə İsrail tərəfindən edilmiş hava hücumu nəticəsində azı 13 nəfər həlak olub

 
Qəzza sektorunda, qaçqın düşərgəsinə İsrail tərəfindən edilmiş hava hücumu nəticəsində azı 13 nəfər həlak olub. Məlumatı “CNN” yayır.

Mediada yayılmış məlumata əsasən, Qəzzanın Mülki Müdafiə Agentliyi hücumun yerli vaxtla saat 02:00-da müharibə nəticəsində didərgin düşmüş 100 nəfərin sığındığı dörd mərtəbəli binaya həyata keçirildiyi haqda məlumat yayır.

“CNN”in yazdığı kimi, həlak olanların sayının artacağı ehtimal edilir, çünki dağıntılar altında hələ də bir neçə nəfəri axtarırlar. Xilasetmə qrupları ərazidə fəaliyyətlərini davam etdirirlər.