Qəzalı vəziyyətdə olan evlərin dəyişdirilməsi proqramı çərçivəsində Kaloubani 18 ünvanında tikinti işlərinə başlanılacaq
Qəzalı vəziyyətdə olan evlərin dəyişdirilməsi proqramı çərçivəsində Kaloubani 18 ünvanında tikinti işlərinə başlanılacaq – bu barədə Tbilisi meri Kaxa Kaladze paytaxt hökumətinin iclasında bildirib.
O, qeyd olunan ünvanda aparılacaq tikinti işləri ilə bağlı elan edilmiş tenderin artıq yekunlaşdığını deyib.
“BK Construction” tikinti şirkəti qalib olaraq müəyyən edilib, onunla artıq müvafiq müqavilə imzalanıb və tikinti işlərinə başlanacaq. 30-a yaxın ailə yeni mənzil almağı gözləyir. Əvvəlcə qəzalı vəziyyətdə olan bina söküləcək, sonra isə yeni bina tikiləcək” – deyə Kaxa Kaladze deyib.