Qeyri-hökumət təşkilatlarının nümayəndələri Gürcüstan ordusunun qida rasionu ilə tanış oldular
Qeyri-hökumət təşkilatlarının nümayəndələri Gürcüstan ordusunun qida rasionu ilə tanış oldular

Qeyri-hökumət sektorunun və akademik dairələrin nümayəndələri “Krtsanisi” təlim və hərbi təhsilə dəstək mərkəzində oldular. Burada onları Müdafiə nazirinin müavini, Qriqol Giorqadze qəbul etdi. Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayır.

İdarənin məlumatına görə, ən yüksək standartlara uyğun tikilmiş yeni yeməkxanada qonaqlar əsgərin yemək xidmətinin şəraiti və müxtəlif qidalanma növləri ilə tanış olublar. Qeyri-hökumət sektorunun və akademik dairələrin nümayəndələri hərbçilərlə birgə “əsgər süfrəsinin” dadına baxdılar.

“Hərbçilərin qida xidməti standartlarına xüsusi diqqət yetirilir. Gürcü ordusu ən yüksək keyfiyyətli məhsullarla, o cümlədən ən keyfiyyətli, dondurulmamış gürcü mal və donuz əti ilə təmin olunur. Məhsulun və yeməkxanaların keyfiyyəti Müdafiə Nazirliyinin Standartlaşdırma və Keyfiyyətə Nəzarət İdarəsi, Milli Qida Agentliyi və Hərbi Polis tərəfindən yoxlanılır. Müdafiə Qüvvələrinin bütün hərbi hissələrində yeməkxana və qida obyektləri yeniləşdirilib. İnfrastruktur ən müasir avadanlıqla təchiz olunub və müasir standartlara tam cavab verir”, – Müdafiə Nazirliyində bəyan edirlər.