Qəsdən sağlamlığa yüngül xəsarət yetirmə faktı üzrə prokurorluq bir nəfər barəsində ittiham irəli sürüb
Qəsdən sağlamlığa yüngül xəsarət yetirmə faktı üzrə Gürcüstan Prokurorluğu T.S. barəsində ittiham irəli sürüb.
“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, mayın 11-də Tbilisi şəhəri, Şalva Nutsubidze 2-ci m/rayon ərazisində T.Ş. şəxsi inciklik zəminində intiqam almaq motivi ilə, qonşusu T.S.-nin üz nahiyəsinə əli ilə vurub, nəticədə zərərçəkmiş yüngül xəsarət alıb”- deyə prokurorluğun məlumatında qeyd olunub.
Prokurorluqdan verilmiş məlumata əsasən, T.Ş. barəsində Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin birinci hissəsi (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) ilə ittiham irəli sürülüb.
Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə artıq müraciət edib.