Qəsdən qətl cəhdi ittihamı ilə, Ozurqetidə bir nəfəri isti izlə yaxaladılar
Daxili İşlər Nazirliyinin Quriya Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintyaq tədbirləri nəticəsində, 1971-ci il təvəllüdlü V.M.-nı Ozurqetidə adam öldürməyə cəhddə ittiham edərək həbs etdilər.
Nazirlikdən verilən məlumata görə, cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.
“İstintaqla müəyyən edildiki, təqsirləndirilən şəxs Ozurqetidə qonşusu – 1967-ci il təvəllüdlü M.B.-nı sinəsindən soyuq silahla yaralayaraq hadisə yerindən qaçıb gizləndi. Yaralı qadın xəstəxanaya çatdırıldı və müvafiq tibbi yardım göstərildi.
Polis V.M.-nı şübhəli şəxs qismində həbs etdi. Cinayət silahı maddi dəlil kimi götürüldü.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır, hansı da qəsdən qətl cəhdini nəzərdə tutur”, – məlumatda deyilir.