Qəsdən adam öldürmə faktı üzrə bir nəfər saxlanılıb
Qəsdən adam öldürmə faktı üzrə bir nəfər saxlanılıb

 

Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin Didube-Çuğureti Baş İdarəsinin əməkdaşları 2002-ci il təvəllüdlü Q.İ.-ni qəsdən adam öldürmə ittihamı ilə Tbilisidə saxlayıblar.

Nazirlikdən verilən məlumata əsasən cinayət 10 ildən 15 ilədək müddətə həbs cəzasını nəzərdə tutur.

İstintaqla cari ilin mayın 22-də təqsirləndirilən şəxsin və 2003-cü il təvəllüdlü Ş.K.-nin sosial şəbəkədə başlayan fikir ayrılıqlarına aydınlıq gətirmək üçün bir-biri ilə görüşdükləri müəyyən edilib.

Qarşılıqlı mübahisə zəminində Q.İ soyuq silahla gənci yaralayıb və hadisə yerindən qaçıb gizlənib.

Yaralı tibb müəssisəsində dünyasını dəyişib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin baş verməsindən tez bir zamanda təqsirləndirilən şəxsi “isti izlər”lə saxlayıblar.

Qəsdən adam öldürmə faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır” -deyə məlumatda qeyd edilib.