Qert İan Kopman İlia Darçiaşviliyə müraciət edir - Gürcüstanın Avropa İttifaqına daxil olması yolunda əməyinizə görə təşəkkür edirəm
Əziz İlia, daha bir gözəl söhbətə və Gürcüstanın Avropa İttifaqına daxil olması yolunda sizin və komandanızın əməyinə görə təşəkkür edirəm- Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun Baş direktoru Qert İan Kopman Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili ilə söhbətə belə münasibət bildirib.
Şərq Tərəfdaşlığı ministerialı çərçivəsində baş tutmuş söhbət barədə sosial şəbəkədə İlia Darçiaşvilinin özü də yazır.
“Qert İan Kopman ilə olduqca yaxşı söhbətim oldu. Biz son dərəcə mühüm qərar gözləyirik, mən ona Gürcüstan hökumətinin Avropa Komissiyasının tövsiyələrini yerinə yetirmək məqsədilə hazırladığı fəaliyyət planının icrası barədə məlumat verdim. Biz Avropa İttifaqına daxil olmaq yolunda irəliyə doğru daha bir böyük addımı səbirsizliklə gözləyirik” -Darçiaşvili sosial şəbəkədə yazır.