Qenadi Arveladze Səudiyyə Ərəbistanı Xarici Ticarət Agentliyinin direktor müavini Əbdüləziz Alsakran ilə görüşüb
İqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Genadi Arveladze “Tbilisi İpək Yolu Forumu”nda bu ölkənin nümayəndə heyətinə rəhbərlik edən Səudiyyə Ərəbistanının Xarici Ticarət Agentliyinin direktor müavini Əbdüləziz Alsakran ilə görüşüb. Qeyd edək ki, Səudiyyə Ərəbistanından nümayəndə heyəti Tbilisi Forumunda olub. Burada iqtisadiyyatın müxtəlif sahələrindən 24 iri şirkət təmsil olunub.
Görüşdə tərəflər ikitərəfli ticarət-iqtisadi əlaqələr və onların dərinləşdirilməsinin prioritet istiqamətlərindən danışıblar. Gürcüstan və Səudiyyə Ərəbistanının ticarət palataları arasında əməkdaşlıq haqqında memorandumun imzalanması, onun çərçivəsində birgə işgüzar şuranın yaradılması müsbət qiymətləndirilib. Sözügedən birliyin həmsədrlər palatalarının rəhbərləri kimi iki həmsədri olacaq.
Fars körfəzinin ərəb ölkələrinin Əməkdaşlıq Şurasının üzvləri ilə azad ticarət sazişinin imzalanmasının vacibliyinə xüsusi diqqət yetirilib.
Görüşdə Səudiyyə Ərəbistanı tərəfini investisiya layihələri ilə tanış edən “Gürcüstanda İstehsal Et” agentliyinin nümayəndələri də iştirak edib. Bu istiqamətdə tərəflər arasında əməkdaşlığın dərinləşəcəyi qeyd edilib.
Turizm və mülki aviasiya sahələrində əməkdaşlığa xüsusi diqqət yetirilib. Qeyd olunub ki, 2022-ci ilin məlumatlarına əsasən, Səudiyyə Ərəbistanından Gürcüstana əvvəlki ilin eyni dövrü ilə müqayisədə 89 faiz çox ziyarətçi gəlib ki, bu da iki ölkə arasında birbaşa hava nəqliyyatı sahəsində əməkdaşlığın inkişafı ilə bağlı olub.
Görüşdə həmçinin enerji, minerallar, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi müzakirə olunub.
Məlumatı Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.