Qenadi Arveladze - Gürcüstandan Avropa İttifaqına ixrac və ixracatçı şirkətlərin sayı rekord həddə artıb
İldən-ilə Avropa İttifaqı bazarı yerli ixracatçılar üçün daha sabit və proqnozlaşdırıla bilən olur ki, bu da Avropa İttifaqında ixracatçı şirkətlərin və ixrac olunan malların göstəricilərinin rekord həddə artmasına səbəb olub-bu barədə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Qenadi Arveladze parlamentdə Avropaya İnteqrasiya Komitəsində çıxışı zamanı danışıb.
Bu gün Qenadi Arveladze Gürcüstanla Avropa İttifaqı arasında “Dərin və Hərtərəfli Azad Ticarət Zonası (DCFTA)” sazişinin 2022-ci ilin milli fəaliyyət planının icrası ilə bağlı hesabatı və 2023-cü il üçün fəaliyyət planını Avropaya İnteqrasiya Komitəsinə təqdim edib.
“Qeyd etmək lazımdır ki, Dərin və Hərtərəfli Azad Ticarət Zonası haqqında saziş Avropa İttifaqı ilə ticarət göstəricilərinin müsbət dinamikasında vacib rol oynayıb. Ötən ilin göstəricilərinə görə, ixrac göstəricisi rekord səviyyəyə yüksələrək 800 milyon dolları keçib. Həmçinin, ixracatçı şirkətlərin sayı – 1000-ə qədər, xeyli artıb, məhsulların şaxələndirilməsi də getdikcə artır. Qeyd etmək lazımdır ki, 2014-cü ilə qədər bu göstərici xeyli aşağı idi. Bu gün qarşımızda tamamilə fərqli reallıq və fərqli rəqəmlər var”- deyə Qenadi Arveladze açıqlayıb.
2022-ci ildə Gürcüstanın Avropa İttifaqı ilə ticarət dövriyyəsi 29% artaraq 3,912 milyon ABŞ dolları təşkil edib və Gürcüstanın ümumi ticarət dövriyyəsində 21%-i təşkil edib.
Həmçinin qeyd etmək lazımdır ki, 2022-ci ilin göstəricilərinə əsasən Avropa İttifaqında ixracatçı şirkətlərin sayı 2014-cü illə müqayisədə 71% artaraq 961-ə çatıb.
Məlumatı İqtisadiyyat Nazirliyinin mətbuat xidməti yayır.