Qəhrəmanlar Meydanında Gürcüstanın milli qəhrəmanı Qeno Adamianın büstü qoyulub
Qəhrəmanlar Meydanında Gürcüstanın milli qəhrəmanı, general Qeno Adamianın büstü qoyulub.
Paytaxtın meri Kaxa Kaladze bu gün tədbirdə iştirak edib.
Kaladze Gürcüstanın ərazi bütövlüyü uğrunda həlak olmuş qəhrəmanların abidəsini əklillə bəzəyib və onların xatirəsini ehtiramla yad edib.
“Övladlarımızın, gələcək nəslin qəhrəmanlar haqqında dolğun məlumata malik olması vacibdir. Qeno Adamia Suxuminin süqutundan sonra da 23-cü briqada ilə mübarizəni davam etdirən ləyaqətli insan, general-mayor idi. O, bu döyüşdə qəhrəmancasına həlak olub. Bir daha qəhrəmanların qarşısında baş əyirəm. Övladlarımıza vətəni sevməyin nə demək olduğunu, onların necə insanlar olduqlarını və vətənin şərəfini necə qoruduqlarını yaxşı başa salmalıyıq” – deyə Kaxa Kaladze açıqlayıb.
Qeno Adamia 1993-cü ilin sentyabrın 27-də Suxuminin süqutundan sonra da təslim olmaqdan imtina edib və abxaz separatçılarına müqavimət göstərməyə davam edib. O, sentyabrın 28-də qəhrəmancasına Kelasuri körpüsünə həlak olub.
Məlumatı Tbilisi Meriyasının mətbuat xidməti yayır.