Qazaxıstanın səkkiz şəhərindən Batumi istiqamətində birbaşa uçuşlar başlayır
Qazaxıstanın səkkiz şəhərindən Batumi istiqamətində birbaşa uçuşlar başlayır

 

Qazaxıstan Respublikasının səkkiz şəhərindən Batumi istiqamətində birbaşa uçuşlar başlayır. İyunun 10-dan bütün mövsüm boyunca həftədə iki dəfə “SCAT” aviaşirkəti Astana-Batumi reyslərini həyata keçirəcək. Məlumatı Acara Muxtar Respublikasının Maliyyə və İqtisadiyyat Nazirliyi yayır.

Acaranın maliyyə və iqtisadiyyat naziri Caba Putkaradze aviaşirkətin istiqamətlər şöbəsinin rəhbəri Andrei Biberlə görüş keçirib. Görüşdə uçuşların tezliyinin artırılması və gələcək əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər.

Caba Putkaradze turizmin bərpasının artan dinamikası, ziyarətçi artımının statistikası və sektorda planlaşdırılan layihələrlə “SCAT”ın nümayəndəsini tanış edib.

Görüşdə Acaranın Turizm Departamentinin rəhbərinin müavini Mişa Koplatadze və Qazaxıstan Respublikasının ən yüksək reytinqli media nümayəndələri iştirak edirdilər. Nazir jurnalistlərin suallarını cavablandırıb. Qazaxıstanın onlayn platformalarında Acara ilə bağlı məqalələr yerləşdiriləcək.

Bununla yanaşı, Acaranın Maliyyə və İqtisadiyyat Nazirliyinin yaydığı məlumata əsasən 2022-ci ildə Acaranın inzibati sərhədlərinin göstəricilərilə beynəlxalq ziyarətçilərin sayı 2019-cu illə müqayisədə (1 330 861 ziyarət) 82%-lə bərpa olunub, 2021-ci ilin analoji göstəricisi ilə müqayisədə artım +178% təşkil edir.

Sadəcə dekabr ayının göstəricisinə gəlincə, bir tək Acaranın inzibati sərhədlərinin (Sarp, hava limanı, liman) göstəricilərilə beynəlxalq ziyarətçilərin səfərləri 2019-cu illə (209 569) müqayisədə +124% artıb. 2021-ci ilin analoji göstəricisi ilə müqayisədə artım +460% təşkil edir.