Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ölkəni tərk etdiyi barədə mətbuatda məlumat yayılıb
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin ölkəni tərk etdiyi barədə mətbuatda məlumat yayılıb

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ölkəni tərk edib. Bu barədə “BBC” yerli mediaya istinadən xəbər verir.

Məlumatlara görə, Qazaxıstanı ailələri ilə birlikdə Nursultan Nazarbayevin qızları da tərk edib. Nursultanın qardaşı Bolat Nazarbayev hazırda ölkədədir.

Qeyd olunmalıdır ki, eks-prezident sonuncu dəfə dekabrın 27-də Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak etdiyi Sankt-Peterburqda ictimaiyyət qarşısına çıxıb.