Qazaxıstanın Aktau şəhərində hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində göyərtəsində olan 67 nəfər həlak olub
Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Bu barədə BBC məlumat yayıb.
Yerli medianın məlumatına görə, təyyarə Bakıdan Qroznı şəhərinə uçurdu.
Məlumata görə, təyyarə qəzaya uğramazdan əvvəl həyəcan siqnalı verib.
Sosial şəbəkələrdə laynerin qəzaya uğramasının görüntüləri yayılır.
Mövcud məlumata görə, təyyarənin göyərtəsində 62 sərnişin və 5 ekipaj üzvü olmaqla 67 nəfər olub.
Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, təyyarə qəzasında bir neçə nəfər sağ qalıb. Hadisə yerində təcili yardım xidmətləri işləyir.