Qazaxıstanda fövqəladə vəziyyət elan edilib
Qazaxıstanda fövqəladə vəziyyət elan edilib

Qazaxıstanın bütün ölkə miqyasında fövqəladə vəziyyət elan edilib. Bundan əvvəl prezident Qasım-Comart Tokayev bəzi rayon və şəhərlərdə xüsusi rejimlər tətbiq edib.

Ölkənin bəzi rayonlarında internetin verilişinin bərpa olunduğu bildirilir.

Almatı hava limanı etirazçılar tərəfindən zəbt edilib. Taldikorğan şəhərində etirazçılar Nursultan Nazarbayevin abidəsini söküblər.