Qazaxıstan Prezidenti - Orta Dəhlizi "Bir Kəmər və Yol layihəsi", "Trans-Avropa Nəqliyyat Şəbəkəsi" və "Global Gateway" strategiyası ilə əlaqələndirmək dünya ticarətinə güclü təsir göstərəcək
Qazaxıstan Prezidenti - Orta Dəhlizi "Bir Kəmər və Yol layihəsi", "Trans-Avropa Nəqliyyat Şəbəkəsi" və "Global Gateway" strategiyası ilə əlaqələndirmək dünya ticarətinə güclü təsir göstərəcək

 
Orta Dəhlizi “Bir Kəmər və Yol layihəsi”, “Trans-Avropa Nəqliyyat Şəbəkəsi” və “Global Gateway” strategiyası ilə əlaqələndirmək dünya ticarətinə güclü multiplikator təsir göstərəcək-bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı sammitində çıxışı zamanı açıqlayıb.

“Ölkələrimiz Avropa ilə Asiya arasında kontinental körpüyə çevrilib. Bu, istifadə etməmiz gərəkən böyük üstünlükdür. Bu baxımdan Qazaxıstan Orta Dəhlizinin inkişafına böyük ümidlər bəsləyir. Növbəti illərdə biz bu marşrut üzrə yüklərin sayının artacağını gözləyirik. Əminəm ki, Orta Dəhlizi “Bir Kəmər və Yol layihəsi”, “Trans-Avropa Nəqliyyat Şəbəkəsi” və “Global Gateway” strategiyası ilə əlaqələndirmək dünya ticarətinə güclü multiplikator təsir göstərəcək. Eyni zamanda, Qazaxıstan Şimal-Cənub dəhlizinin inkişafı istiqamətində aktiv əməkdaşlığa hazırdır. Mən bütün tərəfdaşları Xəzər dənizi limanlarının imkanlarının genişləndirilməsi, eləcə də nəqliyyat gəmilərinin birgə istehsalı üçün qarşılıqlı faydalı əməkdaşlığa dəvət edirəm” – Qazaxıstan Prezidenti qeyd edib.