Qazaxıstan Nəqliyyat Nazirliyindən verilən məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin qəzaya uğramış təyyarəsinin ikinci qara qutusu tapılıb

10:40, 27.12.2024

Qazaxıstanda qəzaya uğrayan “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin ikinci qara qutusu da tapılıb.

Qazaxıstan Nəqliyyat Nazirliyi bildirir ki, qeydin şifrəsinin açılması təyyarəyə nəyin ziyan vurduğuna dair daha çox suallara cavab verəcək.

Bakıdan Qroznıya uçan təyyarə Aktau hava limanında məcburi eniş zamanı qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həyatını itirib.

Oxşar