Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, ölkədə vəziyyət sabitdir və nəzarət altındadır
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, ölkədə vəziyyət sabitləşib və nəzarət altındadır.
Qazaxıstan hökumətinin məlumatına görə, terror təhlükəsi olan mərkəzlər neytrallaşdırılıb, şəhərlərdəki bütün inzibati obyektlər azad edilib.
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsində, xüsusi əhəmiyyətə malik strateji obyektlərin, silah və sursatların saxlandığı yerlərin təhlükəsizliyinin də həmçinin təmin edildiyini bildirir.
Məlumata görə, Almatı şəhərinin mərkəzi meydanındakı kordon götürülüb, Almatı və Taldiğorğan hava limanları istisna olmaqla, ölkənin bütün digər hava limanları normal rejimdə işləyir.
Qazaxıstan Prezidenti Ğasim-Jomart Tokayev operativ qərargahın iclasını keçirib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri Qazaxıstanda baş verənləri müzakirə etmək üçün videokonfrans formatında fövqəladə görüş keçirirlər.