Qaz kəmərində baş vermiş qəza ilə əlaqədar Mtatsminda rayonunda 17 minədək abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq
Qaz kəmərində baş vermiş qəza ilə əlaqədar Mtatsminda rayonunda 17 minədək abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq

 

Qaz kəmərində baş vermiş qəza ilə əlaqədar bu gecə Mtatsminda rayonunda 17 minədək abonentin qaz təchizatı dayandırılacaq. Bu barədə məlumatı “Tbilisi Energy” şirkəti yayır.

Şirkətdən verilən məlumatda sabah, səhər saat 09:00-dan etibarən abonentlərin qaz təchizatının bərpasına mərhələli şəkildə başlanılacağı deyilir.

“Nəzərinizə çatdırmaq istərdik ki, qaz kəmərində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar bu gün Mtatsminda rayonunda 17 minədək abonentin qaz təchizatı dayandırılacaq.

Qəzanın nəticələrinin aradan qaldırılması işlərinə bu gün saat 23:00-da başlanacaq, “Tbilisi Energy” şirkətinin operativ qrupları sabah səhər saatlarından etibarən bütün abonentlərə qazın verilişi üçün gecə boyu işləyəcək.

Abonentlərin qaz təchizatının bərpasına sabah, noyabrın 30-da səhər saat 09:00-dan etibarən mərhələli şəkildə başlanacaq və günün sonunadək yekunlaşdırılacaq.

“Tbilisi Energy” şirkəti bizdən asılı olmayan səbəblərdən yaranan narahatlığa görə üzr istəyir”- deyə məlumatda qeyd olunur.