Qardabani munisipalitetinin "Ceo-Hospitalında" koronavirusa qarşı kütləvi vaksinasiya keçiriləcək
Qardabani munisipalitetinin "Ceo-Hospitalında" koronavirusa qarşı kütləvi vaksinasiya keçiriləcək

Qardabani munisipalitetinin “Ceo-Hospitalında” koronavirusa qarşı kütləvi vaksinasiya keçiriləcək. Vaksinasiya prosesinə müxtəlif sahənin nümayəndələri qoşulacaqlar, o cümlədən pedaqoqlar və dövlət məmurları. Bu gün immunizasiya prosesinə əlavə olaraq 250-dən artıq şəxs qoşulacaq.

Bu vaxta qədər, Qardabani munisipalitetinin “Ceo-Hospitalında” koronavirusa qarşı, ÜST tərəfindən akkredirə olunmuş müxtəlif vaksinlə 2 000-dən artıq insan artıq peyvən olunub, o cümlədən ikinci doza ilə.

Qardabani munisipaliteti və Səhiyyə Nazirliyinin sıx koordinasiyası ilə, immunizasiya arzusunda olanların imkanı var ki, xüsusi portalda qeyddiyyatla fayzer, astrazeneka, sinofarm və sinovak vaksini ilə təmin olunsunlar.

Vaksinasiya prosesi munisipalitet miqyası ilə, əngəllər olmadan həyata keçirilir.