Qar və buzla əlaqədar Almaniyanın üç hava limanında uçuşlar təxirə salınıb

20:02, 05.01.2025

Qar və buzla əlaqədar Almaniyanın üç hava limanında uçuşlar təxirə salınıb. Pis hava şəraiti Münhen, Frankfurt və Ştutqart hava limanlarının fəaliyyətini dayandırıb.

Frankfurt Hava Limanından verilən məlumata görə, gün ərzində Paris, Venesiya və Praqa kimi istiqamətlər də daxil olmaqla 120 reys təxirə salınıb.

Almaniya mətbuatının yazdığına görə, Münhen hava limanında görünmə məsafəsi qar səbəbindən azalıb və bu, uçuşların gəliş-gedişini gecikdirib.

Almaniya Meteorologiya Xidməti xüsusilə Bavariyada şaxta və güclü yağıntılar barədə ölkə əhalisini xəbərdar edir.

Çətin meteoroloji şərait dəmiryolunun fəaliyyətinə də təsir edib.

“Deutsche Bahn” operator şirkətinin məlumatına görə, hava şəraiti ilə əlaqədar uzun məsafələrə uçuşlar gecikib, bəzi hallarda isə tamamilə ləğv edilib.

Oxşar