"Qanunvericilik xəbərçisi" etnik azlıqlar üçün qanunvericiliyin əlçatanlılığı mövzusunda Axaltsixedə görüş keçirib
Ədliyyə Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən biri qanunvericiliyə əlçatanlığın artırılması və hüquqi maarifləndirmənin təşviqidir. Bu məqsədlə Gürcüstanın “qanunvericilik xəbərçisi” qanunvericiliyin etnik azlıqların dillərinə tərcüməsini və internet saytında yerləşdirilməsini təmin edir.
Artıq “qanunvericilik xəbərçisi”nin onlayn platformasında erməni, azərbaycan, abxaz və osetin dillərinə tərcümə edilmiş onlarla hüquqi akt yerləşdirilib. Onların çap olunmuş versiyaları da mövcuddur, onları onlayn almaq və bütün Gürcüstanda istənilən maraqlı şəxsə çatdırmaq olar.
“Qanunvericilik xəbərçisi”nin sədri Natia Çirikaşvili Samtsxe-Cavaxeti Dövlət Universitetində ermənidilli əhali ilə görüş keçirərək layihənin əhəmiyyətindən və gələcək perspektivlərindən danışıb. O, həmçinin yerli əhalinin öz ana dillərində ictimai və əlçatan qanunvericiliyin olması ehtiyacı ilə əlaqəli çətinliklərlə bağlı fikirlərini dinləyib.
“Qanunvericilik xəbərçisi” 2021-ci ildən etibarən ədliyyə nazirinin təşəbbüsü ilə hüquqi aktların etnik azlıqların dillərinə tərcüməsini və internet saytında yerləşdirilməsini fəal şəkildə həyata keçirir. Hazırda “qanunvericilik xəbərçisi”nin saytında Azərbaycan, erməni, osetin və abxaz dillərinə tərcümə edilmiş 30-dan çox hüquqi akt yerləşdirilib. Onların arasında Gürcüstan Konstitusiyası, “Qadınlara qarşı zorakılığın və/və ya məişət zorakılığının qarşısının alınması, zorakılıq qurbanlarının müdafiəsi və onlara yardım haqqında” Gürcüstan Qanunu, Gürcüstanın Cinayət Məcəlləsi və digər kodlaşdırılmış aktlar var.
“Qanunvericilik xəbərçisi” gələcəkdə də etnik azlıqlara müxtəlif layihələr və xidmətlər təklif edəcək.
Məlumatı Gücüstanın “qanunvericilik xəbərçisi” yayır.
Müəllif -
Mehemmed Bayramaliyev