Qanun layihəsinə əsasən, prezidentin əvəzinə parlament sədri MSK sədrliyi və bir neçə üzvün namizədliyinin seçilməsi və parlamentə təqdim edilməsi səlahiyyətinə malik olacaq
Qanun layihəsinə əsasən, prezidentin əvəzinə parlament sədri MSK sədrliyi və bir neçə üzvün namizədliyinin seçilməsi və parlamentə təqdim edilməsi səlahiyyətinə malik olacaq

 
Prezidentin əvəzinə parlament sədri MSK sədrliyinə və bir neçə üzvün namizədliyinin seçilməsi və parlamentə təqdim edilməsi səlahiyyətinə malik olacaq. Müvafiq dəyişikliklər “Seçki Məcəlləsi”nə və nizamnaməyə daxil edilir.

Qanun layihəsinə əsasən, onların seçilməsi ilə bağlı prosedur və kvorum dəyişdirilir. Konkret olaraq, parlament tam tərkibin səs çoxluğu ilə (76 səs) MSK sədri və üzvlərini dəstəkləsə, onlar 5 il müddətinə bu vəzifəni tutacaqlar.

Seçim proseduruna gəlincə, dəyişikliklərə əsasən parlamentin sədri MSK sədrinin və üzvlərinin seçilməsi üçün müsabiqə elan edəcək və müsabiqə komissiyasını yaradacaq. Parlamentin sədri namizədləri qanunverici orqana təqdim edəcək. Müsabiqə komissiyasının tərkibində prezidentin bir nümayəndəsi olacaq.

Qanun layihəsində səsvermə nəticəsində bütün vakant yerlər dolmayacağı təqdirdə, prezidentin müvafiq müsabiqədə iştirak edən digər namizədi təqdim edəcəyi və prezidentin irəli sürdüyü namizədlə bağlı səsvermə keçiriləcəyi dəqiqləşdirilir.

Parlament çoxluğunun üzvləri dəyişikliklərin təşəbbüskarlarıdırlar. Onlar heç bir inkişaf etmiş ölkədə MSK üzvlüyünə və MSK sədrliyinə namizədlərin seçilməsinə dair hazırda qüvvədə olan qaydaya bənzər hüquqi təcrübə olmadığını izah edirlər.

Qüvvədə olan qanuna əsasən, MSK sədrliyinə və üzvlüyünə namizədləri seçilməsi üçün parlamentə prezident təqdim etməlidir, buna qədər isə o, müsabiqə komissiyasını yaradır və müsabiqə elan edir. Onların parlament tərəfindən seçilmə qaydasına və prosedura gəlincə, MSK sədrinin və üzvlərinin seçilməsi üçün plenar iclasda səsvermə ilkin olaraq 2/3 kvorumla keçirilir. MSK sədrinin 2/3 kvorumla seçilə bilməməsi halında, onlar tam tərkibin çoxluğu ilə səsverməyə qoyulurlar. 2/3 kvorumla seçilən MSK sədri 5 il müddətinə vəzifəsini icra edir, adi çoxluqla təsdiqlənən – 6 ay müddətinə.