Qanun layihəsinə əsasən, hamiləlik və doğuş, eləcə də uşağa qulluqla əlaqədar ödənişli məzuniyyət dövründə büdcədən verilən pul yardımı üzərinə həbs qoyula bilməyəcək
Hamiləlik və doğuşla əlaqədar ödənişli məzuniyyət, həmçinin uşağa qulluqla bağlı ödənişli məzuniyyət dövrü üçün dövlət büdcəsindən verilən pul yardımı üzərinə həbs qoyulmayacaq.
Bununla bağlı dəyişikliklər “İcra icraatı haqqında” qanuna təklif olunur.
Qanun layihəsində qeyd olunur ki, hamiləlik və doğuşla əlaqədar ödənişli məzuniyyət, eləcə də uşağa qulluqla bağlı ödənişli məzuniyyət dövrü üçün verilən pul yardımının məbləği ümumilikdə 2 000 laridən artıq olmamaq şərti ilə müəyyən edilir.
“Beləliklə, borclu olan hamilə qadın və ya valideyn barəsində icra icraatı aparıldığı müddətdə dövlət tərəfindən köçürülən analıq (dekret) məzuniyyəti ödənişi toxunulmaz olacaq”, – deyə qanun layihəsində bildirilir.