Qanun layihəsinə əsasən, Gürcüstanda pirotexniki məmulatların idxalı, ixracı, istehsalı və satışı xüsusi razılıq/lisenziya əsasında mümkün olacaq
Gürcüstanda pirotexniki məmulatların idxalı, ixracı, istehsalı və satışı xüsusi razılıq/lisenziya əsasında mümkün olacaq. Müvafiq dəyişikliklərin təşəbbüsü büronun bu gün keçirilən iclasında irəli sürüldü.
Dəyişikliklər ilə, qadağalar inzibati və cinayət məsuliyyəti normalarını nəzərdə tutur. Onların bir hissəsinin 2025-ci il fevralın 1-dən, digər hissəsinin isə aprelin 1-dən qüvvəyə minməsi planlaşdırılır.
Dəyişikliklərlə nümayişçinin nümayiş zamanı pirotexniki vasitələri olması hüququ olmayacaq və odlu silah, partlayıcı, tez alışan, radioaktiv maddələr və soyuq silah kimi qadağan olunmuş əşyalar sırasına pirotexniki məmulatlar da əlavə olunacaq. Artıq Parlamentdə qanunvericilikdə dəyişikliklər zərfi irəli sürülüb.
Layihəyə əsasən, pirotexniki məmulatların idxalına, ixracına, istehsalına və satışına icazə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin tabeliyində olan Dövlət Ehtiyatları və Mülki Təhlükəsizliyi Xidmətləri Agentliyi tərəfindən veriləcək.
Qanun layihəsinə əsasən, ayrıca kateqoriyalı pirotexniki vasitələri almaq və istifadə etmək səlahiyyəti yalnız texniki reqlamentlə müəyyən edilmiş xüsusi biliyə malik olan şəxsə veriləcək və biliyin təsdiqi şəhadətnaməsi Dövlət Ehtiyatları və Mülki Təhlükəsizliyi Xidmətləri Agentliyi tərəfindən veriləcək.
Pirotexniki məmulatların idxalı, ixracı, istehsalı və satışı ilə məşğul olan fiziki və hüquqi şəxslər üçün qanun qüvvəyə minənədək keçid dövrü müəyyən ediləcək. Onlar 2025-ci il martın 1-dək fəaliyyətlərinin pirotexniki məmulatların bazara çıxarılması qaydaları və şərtləri haqqında texniki reqlamentin tələblərinə uyğunluğunu təmin etməyə dair cavabdehlikləri müəyyənləşdiriləcək. Həmçinin, 2025-ci il martın 1-dək pirotexniki məmulatların idxalı, ixracı, istehsalı və satışına icazə/lisenziya almaq üçün Agentliyə müraciət etməlidirlər.
Qanun layihəsində qeyd olunur ki, pirotexniki məmulatların istehsalına, satışına, idxalına və ixracına icazəyə görə rüsum 200-200 lari məbləğində müəyyən edilir. Həmçinin, 20 iş günü ərzində icazənin verilməsi üçün rüsum 500 lari, 10 iş günü ərzində isə 1000 lari olacaq. Qanunun pozulmasına görə məsuliyyətə gəlincə, bu qanunla nəzərdə tutulmuş icazə/lisenziya olmadan pirotexniki məmulatların idxalı, ixracı, istehsalı və satışı 5000 lari məbləğində cərimə ilə nəticələnəcək. Sanksiya olaraq qeyd olunan hərəkətin təkrarlanmasına görə 6000 lari məbləğində cərimənin ödənilməsi nəzərdə tutulub. Sanksiya kimi cinayətin əşyasının müsadirə edilməsi istifadə edilə bilər.
Həmin layihəyə əsasən, yeni növ pozuntu, pirotexniki məmulatların idxalı, ixracı, istehsalı və satışına icazə/lisenziya şərtlərinin pozulmasıdır ki, bu da şəxsin 2000 lari məbləğində cərimə edilməsinə gətirib çıxaracaq. Bu halda sanksiya kimi cinayətin əşyasının müsadirə edilməsi tətbiq edilə bilər.
Bundan başqa, pirotexniki məmulatların idxalına, ixracına, istehsalına və ya satışına icazə/lisenziya şərtlərinin pozulmasına görə məsuliyyətin təbiq edilməsindən asılı olmayaraq, icazə/lisenziya sahibinin icazə/lisenziya şərtlərinə müvafiq qaydada əməl etməməsi, müəyyən edilmiş müddət əməlin birinci törədilməsinə görə nəzərdə tutulmuş cərimənin üç dəfə artırılmasına, icazə/lisenziya şərtlərinə müəyyən edilmiş müddətdə təkrar əməl edilməməsinə görə isə icazənin/lisenziyanın ləğvinə səbəb olur.
Pirotexniki məmulatların satışı qaydasının pozulmasına görə inzibati-hüquqi məsuliyyət müəyyən edilir. Məhz, pirotexniki məmulatların qanunla müəyyən edilmiş qaydada onlara sahib olmaq/istifadə etmək hüququ olmayan şəxsə satılması həmin şəxsin 2000 lari məbləğində, sanksiya şəklində cərimələnməsi ilə nəticələnir, qanunda qeyd olunan əməlin təkrar törədilməsinə görə də 3000 lari məbləğində cərimə tətbiq ediləcək. Pirotexniki məmulatların qanunla müəyyən edilmiş qaydada onları almaq, saxlamaq və istifadə etmək hüququ olmayan şəxs tərəfindən alınması, saxlanması və ya istifadəsi məsuliyyətə cəlb olunur. Qeyd olunan hərəkət şəxsin 1000 lari məbləğində cərimələnməsi ilə nəticələnəcək və təkrar hüquq pozuntusuna görə cərimənin məbləği 2000 larini təşkil edəcək.
Qeyd olunanlarla yanaşı, dəyişikliklərlə partlayıcı, tez alışan, isti maddələrin və ya pirotexniki məmulatların hesabata alınması, saxlanması, daşınması və ya istifadəsi qaydalarının pozulması, habelə onların poçt və ya baqaj vasitəsilə qanunsuz daşınması cinayət məcəlləsi ilə ciddi nəticələrə səbəb olur – cərimə və ya altı aydan iki ilədək müddətə ev dustaqlığı və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.