Qanun layihəsinə əsasən, etnik azlıqlara avtentik soyadın verilməsi üçün xüsusi mexanizm yaradılacaq
Qanun layihəsinə əsasən, etnik azlıqlara avtentik soyadın verilməsi üçün xüsusi mexanizm yaradılacaq

Parlament Bürosunun bu gün keçirilən iclasında etnik azlıqlara avtentik soyadın verilməsi üçün konkret mexanizmin yaradılmasını nəzərdə tutan düzəlişlər təqdim olunacaq.

“Gürcüstanda yaşayan bəzi etnik qrupların nümayəndələrinin soyadları süni şəkildə, eyni etnik qrupun tarixi-mədəni ənənələri üçün səciyyəvi olmayan üsulla yaradılıb. Gürcüstanda soyadın dəyişdirilməsi ilə bağlı bu təcrübə Rusiya İmperiyası dövrünə təsadüf edir. Bu proses sovet dönəmində, xüsusən də rus dilinin hökmranlığının diktə etdiyi assimilyasiya siyasəti ilə bir sıra etnik qruplara xas olan soyadların zorla dəyişdirilməsi zamanı daha da intensivləşdi. Bu proses yalnız Gürcüstanda baş vermədi. Məsələn, Sovet İttifaqından sonra Azərbaycanda da soyadların şəkilçiləri rus soyadlarına xas şəkilçilər qazandı. Məlumdur ki, Gürcüstanda və Sovet İttifaqının digər ölkələrində yaşayan digər etnik qruplarda (yezidilər, yunanlar) da oxşar yanaşma tətbiq edilib.

Elə hallar da olub ki, soyad dəyişdirilməyib, tam süni şəkildə formalaşdırılıb və konkret şəxslərə aid edilib. Etnik azlıqlar öz şəxsiyyətlərinə xas olan soyad daşımaq hüququndan məhrum ediliblər və bu əsassız mədəni dominantlıq üsulundan istifadə etməklə həmin şəxslər özlərinə məxsus, avtentik soyadlara malik olmaq imkanından məhrum ediliblər”, – deyə qanun layihəsində bildirilir.

Dəyişikliklərlə, qeyri-avtentik soyadların verilməsi təcrübəsinin baş verdiyi millətlərin siyahısını öyrənmək və ədliyyə nazirinə təqdim etmək səlahiyyəti olan müvəqqəti komissiya yaradılacaq. Komissiyaya həmçinin tövsiyə kimi soyadların dəyişdirilməsi metodologiyasını işləyib hazırlayıb nazirə təqdim etmək səlahiyyəti veriləcək.

Həmçinin qanun layihə əsasında ədliyyə nazirinə soyadın dəyişdirilməsi prosedurları və onunla bağlı məsələlərin tənzimlənməsi barədə əmr vermək səlahiyyəti verilib. Eyni sərəncamda soyadın dəyişdirilməsi proseduru ilə bağlı xidmətlərin haqqı da müəyyən edilir.