Qaçqınlar Agentliyi 768 məcburi köçkün ailəsinə kənddə ev alacaq
Qaçqınlar Agentliyi 768 məcburi köçkün ailəsinə kənddə ev alacaq

Qaçqınlar, ekomiqrantlar və yaşayış mənbələri ilə təmin etmə Agentliyi 768 məcburi köçkün ailəsinə kənddə ev alacaq. Qeyd olunan məlumat Qaçqınlar, ekomiqrantlar və yaşayış mənbələri ilə təmin etmə Agentliyin veb-səhifəsində dərc olundu.

Agentliyin məlumatına görə, məcburi köçkün ailələr evləri bütün Gürcüstan miqyası ilə seçəcəklər və bunun üçün də altı aylıq vaxtları olacaq.

Gürcüstanın işğal olunmuş ərazilərindən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə nazirinin müavini, İliya Ğuduşaurinin sözlərinə görə, “Kənddə ev” layihəsi bütün ölkə ərazisində uğurla həyata keçirilir. 2022-2024-cü illərdə “Kənddə ev” layihəsi çərçivəsində 7000-ə qədər məcburi köçkün ailəsi məskunlaşdırılacaq.

Məlumatı Gürcüstanın işğal olunmuş ərazilərindən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi yayır.