Qabrielius Landsberqis - Saakaşvilinin xaricə müalicəyə göndərilməsi onun özü, ailəsi və ölkənin Avropa gələcəyinin maraqları üçün ən yaxşı həll yolu olardı
Mixeil Saakaşvilinin xaricə müalicəyə göndərilməsi onun özü, ailəsi və ölkənin Avropa gələcəyinin maraqları üçün ən yaxşı həll yolu olardı -bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis “Twitter” sosial şəbəkəsinin səhifəsində yazıb.
Məlumat üçün bildirək ki, Tbilisi Şəhər Məhkəməsi vəkillərin Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili barəsində cəzanın təxirə salınması və ya azad edilməsi ilə bağlı vəsatətini təmin etməyib.
Vəsatətlə bağlı proseslər təxminən iki ay ərzində davam edirdi.