“Saakaşvilinin etdiyi gürcü və ukraynalı xalqın üzünə tüpürməkdir” – bu sözləri Rusiya prezidenti Vladimir Putin ilin yekunlaşdırıcı mətbuat konfransında verilən suallara cavab olaraq, dedi.
“Bunu necə dözürsünüz? O müstəqil Gürcüstanın prezidenti idi, indi isə, Maydanda qaçır və və “mən ukraynalıyam” deyə çığırır. Ukraynanılar yox olub mu ki? Ukrayna bunu necə dözür? Bu çox acanacaqlı bir vəziyyətdir, ürəyim ağrıyır baxanda” – dedi Putin.
Bugünki konfrans Valdimir Putinin 13-cü illik mətbuat konfransıdır.
Bu il Putinin mətbuat konfransında 1640 jurnalist akkreditasiyadan keçdi.
Qeyd etmək lazımdır ki, akkreditasiyadan keçən jurnalistlər arasında prezident seçkilərində iştirak etməyə hazırlaşan Kseniya Sobçakda var.