Putin - Rusiya öz hərbi qüvvələrinə və flotuna böyük diqqət yetirir, ancaq silahlı qarşıdurmalara qoşulmayacaq
Rusiya öz hərbi qüvvələrinə və flotuna böyük diqqət yetirir, ancaq silahlı qarşıdurmalara qoşulmayacaq.
Bu barədə bəyanatı Rusiya prezidenti Vladimir Putin hər illik yekunlaşdırıcı mətbuat konfransında verdi.
Putin Rusiya hərbi qüvvələrinin büdcəsini Pentaqonun büdcəsi ilə müqayisə etdi.
“Gələn il müəyyən hərbi xərclərimiz olacaq, onlardan 1,4 trilyon rubl silahların alınmasına xərclənəcək. 1, 4 trilyon rubl isə, saxlanmasına, yəni cəmidə, 2,8 trilyon rubl xərclənir.
ABŞ büdcəsində isə, hərbi xərclər üçün 700 milyon dollar nəzərdə tutulub. Fərqi hiss edin. Bizim bu qədər imkanımız var mı? Yoxdur, ancaq, nə xərcləyirik, o da kifayətdir” – dedi Putin.
Putinin dediyinə görə, hərbi xərclər sosiyal proqramlarda və ölkə iqtisadiyyatında əks olunmayacaq.